...

Ağstafa rayonunda baş vermiş partlayışda 3 nəfər həlak olub, onlarla yaralı var

Hadisə Materials 21 Oktyabr 2005 20:54 (UTC +04:00)

Trend bildirir ki, oktyabrın 21-də axşam yerli vaxtla saat 17.00 radələrində Ağstafa şəhərində metal tədarükü məntəqəsində güclü partlayış baş verib.

Rayonun İcra hakimiyyəti aparatının əməkdaşı bu barədə məlumat verərkən qurbanların sayının daha da arta biləcəyini istisna etməyib. 30 nəfərdən çox zərər çəkmiş artıq rayon xəstəxanasına çatdırılıb. "Partlayış nəticəsində yanğın baş verib.İndi yanğınsöndürənlər həmin ərazidə eyni vaxtda təmizləmə işləri aparır"-deyə mənbə bildirib.

Onun sözlərinə görə, Əfqanıstan veteranları Cəmiyyətinin metal tədarükü məntəqəsi ərazisində yığılan metal arasındakı mərmi gilizlərinin partlaması partlayışa səbəb olub. Məntəqənin binası tamamilə dağılıb.Partlayış o qədər güclü olub ki, yaxın binalara, xüsusilə ətrafda yerləşən orta məktəbə ciddi ziyan dəyib. 3 nəfər həlak olub, xəsarət alanların sayı dəqiqləşdirilir.

Yaxınlıqdakı Bakı-Qazax avtomobil magistralı bağlanıb.

Xəbər lenti

Xəbər lenti