...

Ağstafa partlayışında ölən və yaralananların şəxsiyyəti bilindi

Hadisə Materials 24 Oktyabr 2005 15:20 (UTC +04:00)

Ağstafada əlvan metal emalı zavodunda baş verən məlum hadisədə 3 adam ölüb, 15 adam yaralanıb. Ölən şəxslər 1 nəfər Gürcüstan və 2 Azərbaycan vətəndaşıdır. Qordidze Yakubovski 1953-cü ildə anadan olub. Həmin zavodun emal sexində çalışan Qasımov Sahib 1966-cı ildə, Məmmədov Loğman isə 1953-cü ildə Ağstafada anadan olub. Yaralılar rayon mərkəzi xəstəxanasında yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, onların arasında vəziyyəti ağır olanlar da var. Hadisə ilə bağlı rayon prokurorluğunda ciinayət işi açılıb. İlk mərhələdə müəssisənin rəhbəri Faiq Kərimov günahkar qismində tutulub. Hadisə yerində ANAMA mütəxəssisləri bu gün də araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti