...

Vertolyotda həlak olanların cəsədləri vətənlərinə yola salınıb

Hadisə Materials 26 Oktyabr 2005 17:15 (UTC +04:00)

Oktyabrın 26-da Gəncə şəhərinin hava limanından Göyçay rayonu ərazisində qəzaya uğramış vertolyotun ekipaj üzvlərinin cəsədləri Krasnodar şəhərinə yola salınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Nadir Mirzəyev məlumat verib.

Cəsədlərin yola salınması Rusiyanın Azərbaycandakı səfirliyinin xətti ilə həyata keçirilib. Müstəntiqin sözlərinə görə, faktda cinayət tərkibi aşkar edilməyib və hadisə sırf qəza xarakteri daşıyır.

Qeyd edək ki, RF-yə məxsus vertolyot oktyabrın 22-də Göyçay rayonu ərazisində qəzaya uğrayıb və nəticədə 5 nəfər RF vətəndaşı hadisə yerindəcə həlak olub

Xəbər lenti

Xəbər lenti