...

Azərbaycanda qəzaya uğramış Rusiya vertolyotunun ekipaj üzvləri Krasnodarda dəfn olunub

Hadisə Materials 27 Oktyabr 2005 19:43 (UTC +04:00)

Ötən şənbə Azərbaycanda qəzaya uğramış Rusiyanın KA-32 vertolyotunun ekipaj üzvləri cümə axşamı Krasnodarda dəfn olunub. Trend İnterfaks-a istinadən bildirir ki, ekipaj üzvləri ilə vida mərasimi Krasnodarın Komsomolski rayonunda "Qorizont" kinoteatrının foyesində təşkil olunub.

Ekipajın dörd üzvü - ikinci pilot Viktor Pavlov, mexanik Sergey Kuqutenko, planer və mühərrik üzrə texnik Sergey Qorsunov və aeroradiolokasiya avadanlığı texniki İqor Çipulya Krasnodarda dəfn olunub.

Ekipaj komandiri Mixail Belyaninin meyiti xüsusi reyslə Soçiyə göndəriləcək və orada qohumlarının yanında dəfn olunacaq.

Bildirildiyi kimi, Rusiyanın Trabzon-Gəncə-Türkmənbaşı və sonra İslamabad (Pakistan) reysi ilə hərəkət edən Ka-32 vertolyotu Gəncə hava limanında yanacaq doldurub. Amma şənbə günü axşam enərkən Göyçay rayonunda qəzaya uğrayıb.

Vertolyot düşərkən tamamilə yanıb, ekipajın Rusiya Federasiyasının vətəndaşı və Krasnodar sakinləri olan bütün 5 üzvü həlak olub.Vertolyotun göyərtəsində sərnişin və yük olmayıb.

Xəbər lenti

Xəbər lenti