...

Abid Şərifov: Qazax rayonunun ərazisində partlamamış mina və mərmilərin təmizlənməsi işlərinə başlanılır

Hadisə Materials 29 Oktyabr 2005 13:58 (UTC +04:00)

Dekabrın 1-dən Qazax rayonunun Saloğlu kəndində partlamamış mina və mərmilərin təmizlənməsi prosesinə başlanılacaq. Trend in məlumatına görə, bu barədə Fövqəladə Vəziyyətlər üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov jurnalitslərlə söhbətində bildirib.

İşlər NATO-nun maliyyə dəstəyi ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən həyata keçiriləcək.

Oktyabrın 21-də baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üzrə vəziyyəti şərh edən A.Şərifov partlayış nəticəsində sosial obyektlərin də ziyan çəkdiyini bildirib.

"Komissiyanın ziyanın müəyyən edilməsi ilə bağlı işləri oktyabrın 28-də başa çatdırmasına baxmayaraq hökumət komissiyanın rəsmi məruzəsini dinləmədən partlayışın ertəsi günü Qazax rayonuna 3600 ədəd şifer göndərib", -deyə Dövlət Komissiyasının sədri ümusi tələbatın 5 ədəd şiferə olduğunu bildirib. Onun sözlərinə görə, regiona, həmçinin, tələb olunan 10 mindən3 500 ədəd şüşə göndərilib.

Sonda A. Şərifov qeyd edib ki, bəzi vətəndaşlar "pul kompensasiyası tələb edir ki, buna da onların tam haqqı var". "Bəzi vətəndaşlar dövlət yardımını gözləmədən öz qüvvələri ilə dəyən ziyanı aradan qaldırıblar", -deyən baş nazirin müavini müvafiq kompensasiyanın sakinlərə noyabrın əvvəllərində ödəniləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti