...

Oktyabrın 31-nə olan kriminal xronika

Hadisə Materials 1 Noyabr 2005 14:04 (UTC +04:00)

Oktyabrın 31-də daxili işlər orqanları tərəfindən 10 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 5-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb. 7 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 13 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti