...

Azərbaycanda qəzaya uğramış Krasnodar vertolyotu barədə məlumatların şiyri noyabrın 7-də açılıcıq

Hadisə Materials 3 Noyabr 2005 15:22 (UTC +04:00)

Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri oktyabrın 22-də Azərbaycanda qəzaya uğramış KA-32 vertolyotunun 2 "qara qutu"sundakı məlumatların şifrini noyabrın 7-də başa çatdırmağı planlaşdırırlar. Trend in RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə DAK-ın uçuşların təhlükəsizdiyi üzrə direktoru Rudolf Taymurazov məlumat verib.

"Bizə daxil olan və içərisində məlumatların olduğu 2 "qara qutu "nun həm səs, həm də parametrik vəziyyəti normaldır və biz onların şifrəsini noyabrın 7-də açmağı planlaşdırmışıq ", - deyə ekspert bildirib.

Bort nömrəsi RA-31007 olan Krasnodarın KA-32 vertolyotu Trabzon (Türkiyə) - Gəncə (Azərbaycan) - Turkmənbaşı (Turkmənistan) - İslamabad (Pakistan) marşrutu üzrə reyslə hərəkət edirdi. Uçuşdan təqribən 40 dəqiqə sonra baş verən qəza nəticəsində beş sərnişin və ekipaj üzvləri həlak olub.

YUQA.ru-nun məlumatına görə, qəza faktı ilə bağlı respublikanın Baş prokurorluğu ilə bağlı dəmiryolu, su və hava nəqliyyatından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırıb.

Xəbər lenti

Xəbər lenti