...

Noyabrın 7-nə olan kriminal xronika

Hadisə Materials 8 Noyabr 2005 13:27 (UTC +04:00)

Noyabrın 7-də daxili işlər orqanları tərəfindən 11 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti