...

Noyabrın 17-nə olan kriminal xronika

Hadisə Materials 18 Noyabr 2005 14:04 (UTC +04:00)

Noyabrın 17-də daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 6, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti