...

10 ay ərzində "İnterpol" xətti ilə 22 nəfərin yeri müəyyən edilib

Hadisə Materials 18 Noyabr 2005 15:34 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində Azərbaycanın hüquq-muhafizə orqanları tərəfindən İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna edilmiş sorğu əsasında 22 nəfərin yeri müəəyyən edilib. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Bu rəqəm 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıqdır. Onlardan 4-ü Almaniyada, 2-si Rusiyada, 2-si Türkiyədə, 2-si Yaponiyada, 2-si Kanadada, 2-si Hollandiyada, 1-i Ukraynada, 1-i Özbəkistanda, 1-i Belçikada, 1-i Çexiyada,1-i Birləşmiş Ərəb Əmirliklərində, 1-i isə Yunanıstanda müəyən edilib.

Milli Mərkəzi bürodan onu da bildiriblər ki, bu şəxslər əsasən dələduzluq, narkotiklərin qanunsuz dövriyyəsi, qəsdən adamöldürmə, qaçaqmalçılıq və qanunsuz odlu silah saxlamaq kimi əməllərdə təqsirli bilinirlər.

Yerləri müəyyənləşmiş şəxslərin saxlanılmaları və ölkəmizə ekstradisiya olunmaları üçün yerləşdikləri ölkələrin hüquq-mühafizə orqanlarına Milli Mərkəzi Büro tərəfindən müraciət olunub və bununla bağlı müvafiq sənədlər həmin ölkələrə göndərilib.

Xəbər lenti

Xəbər lenti