...

Noyabrın 25-nə krimxronika

Hadisə Materials 26 Noyabr 2005 14:19 (UTC +04:00)

Noyabrın 25-də daxili işlər orqanrları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 25-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti