...

Ötən il respublika ərazisində 3179 yol qəzası baş verib

Hadisə Materials 18 Yanvar 2006 16:57 (UTC +04:00)

2005-ci il ərzində respublika ərazisində 3179 yol qəzası baş verib. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdraəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Yol qəzaları nəticəsində ümumilikdə 1065 nəfər dünyasını dəyişib. Onlardan 644-ü piyadaların payına düşüb. Yaralananların isə sayı ümumilikdə 3668 nəfər olub. Həmin yaralılardan 1907 nəfərini piyadalar təşkil edib.

V.Əsədovun sözlərinə görə, Bakı şəhərində qeydə alınan qəzaların sayı 1650 olub.

İl ərzində qeydə alınmış 3179 yol qəzasının 2392-sini piyadavurmalar təşkil edib. Onlardan 644 nəfəri həlak olub, 1907 nəfəri yaralanıb.

Paytaxtda baş vermiş 1650 qəzadan isə 925-i piyadavurmalarla əlaqədardı. Nəticədə 234 piyada dünyasını dəyişib, 750 nəfərsə yaralanıb.

Xəbər lenti

Xəbər lenti