...

"Azərbaycan" kinoteatrı yaxınlığında yanğın baş verib

Hadisə Materials 26 Yanvar 2006 12:09 (UTC +04:00)

Yanvarın 25-dən 26-na keçən gecə "Azərbaycan" kinoteatrı yaxınlığındakı binalardan birində yanğın baş verib. Bu barədə Trend ə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Səbail rayon şöbəsinin növbətçi hissəsindən məlumat verilib.

Gecə saat 4 radələrində Səbail rayonu, Rəsul Rza küçəsindəki 2 saylı binada (BUM-la üzbəüz) başlamış yanğınla əlaqədar 3 saylı çağırışla yanğınsöndürənlər hadisə yerinə gəlib. Yanğın binanın dam örtüyündə baş verib və səhərə yaxın söndürülüb. Hazırda yanğınsöndürmə şöbəsinin və Səbail rayon Polis İdarəsinin təhqiqatçıları hadisə yerindədir. Yanğının baş vermə səbəbləri və dəymiş maddi zərər araşdırılır.

Xəbər lenti

Xəbər lenti