...

Yanvarın 30-na olan kriminal xronika

Hadisə Materials 31 Yanvar 2006 14:58 (UTC +04:00)

Yanvarın 30-da daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 21-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 6, silah-sursatla əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti