...

"Yüksək sürət təhlükə törədir" aylığında çoxlu yol qəzası qeydə alınıb

Hadisə Materials 14 Mart 2006 13:38 (UTC +04:00)

Bir ay davam edən "Yüksək sürət təhlükə törədir" aylığında da kifayət qədər yol qəzası qeydə alınıb. Bu barədə Trend ə Dövlət Yol Polisinin yol hərəkətinin təhlükəsizliyinin təmini və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, artıq başa çatmış aylığın nəticələrinə görə, respublika ərazisində 151 qəza qeydə alınıb. Bu qəzalardan 38-i ölümlə, 153-ü isə xəsarətlə nəticələnib. Həmin qəzalardan 96-sı paytaxt ərazisində qeydə alınıb.

Yol qəzalarının baş verməsində əsas səbəblər tıxacların yaranması nəticəsində avtomobillərin hərəkətində nizamsızlığın yaranması, piyadaların isə onların hərəkətini tənzimləyən işarələr olan tablolara əhəmiyyət verməməsidir.

Paytaxt ərazisindəki avtomobil yollarında quraşdırılmış "Radar lyuks" cihazları isə yol hərəkəti qaydalarını pozmuş sürücülərin məsuliyyətdən yayınmasının qarşısını ala bilib.

Xəbər lenti

Xəbər lenti