...

Minaya düşmüş əsgərlərin vəziyyəti sabit-ağırdır

Hadisə Materials 31 Mart 2006 14:42 (UTC +04:00)

Martın 25-də Gədəbəy rayonu ərazisində minaya düşmüş Azərbaycan Silahlı Qüvvələrinin 2 əsgərinin vəziyyəti sabit-ağır olaraq qalır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyev bildirib ki, minaya düşmüş əsgərlərin ayaqlarında amputasiya əməliyyatı aparılması onların səhhətinin normallaşmasına imkan vermir.

Gədəbəydəki N saylı hərbi hissənin adları açıqlanmayan əsgərləri həmin rayon ərazisində minaya düşüblər. Qazax rayon Hərbi Prokurorluğunun müstəntiqi Babək Süleymanov hadisə yerinə gələrkən o da minaya düşüb, lakin müstəntiq yüngül xəsarət alıb. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzovun sözlərinə görə, hazırda müstəntiqin səhhətində problem yoxdur və o, Qazax rayon Prokurorluğunda öz peşə fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti