...

Basman bazarında xəsarət alanlardan daha bir nəfəri Moskva xəstəxanasından evə yazılıb

Hadisə Materials 4 Aprel 2006 13:08 (UTC +04:00)

Fevralın 23-də Moskvanın Basman bazarında damın çökməsi nəticəsində xəsarət alan daha bir nəfər evə yazılıb. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov məlumat verib.

Onun sözlərinə görə, hazırda Moskva xəstəxanalarında bu hadisə zamanı xəsarət almış 4 azərbaycanlı var. Onlar 29 və 33 saylı şəhər xəstəxanalarında, Təcili Yardım İnstitutunda müalicə olunur. Onlardan ikisinin vəziyyəti hələ də ağırdır, bir nəfər isə xəstəxananın reanimasiya şöbəsindədir. Diplomat bildirib ki, səfirlik zərərçəkənlərin sağalma prosesini diqqətlə izləyir, səfirliyin əməkdaşları tez-tez onlara baş çəkir və xəstələrin problemlərinin həlli ilə məşğul olur. B.Zeynalov bildirib ki, bu günlərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu şəxslərə baş çəkib.

Onun sözlərinə görə, xəstələrin sağalma prosesi hələ davam edəcək.

Aprelin 8-də səfirlik və Moskvadakı Azərbaycan diasporu hadisədən 40 gün keçməsi ilə əlaqədar və həlak olanların xatirəsinə həsr olunmuş mərasim keçirməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti