...

Yaralı əsgərlər Gəncə hospitalında həkim nəzarəti altındadır

Hadisə Materials 24 May 2006 16:54 (UTC +04:00)

Mayın 24-də Goranboyda qatarla hərbi yük maşınının toqquşması nəticəsində yaralanmış 7 hərbçi Gəncədəki hərbi hospitala yerləşdirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat mərkəzinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

İ.Verdiyevin sözlərinə görə, əsgərlər Goranboydakı N saylı hərbi hissədə qulluq edirlər. Hadisə əsgərlərin öz xidmətlərini yerinə yetirərkən baş verib. Yaralı əsgərlər həkimlərin ciddi nəzarəti altındadır.

Toqquşma nəticəsində qatarın 6 vaqonu aşıb, faktla bağlı cinayət işi başlanıb və hazırda təqsirkar müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti