...

Bakı şəhəri Səbail rayon polisinə "Bank Respublika"nın binasında partlayıcı qurğunun olması barədə anonim zəng daxil olub

Hadisə Materials 15 Dekabr 2006 16:06 (UTC +04:00)
Bakı şəhəri Səbail rayon polisinə "Bank Respublika"nın binasında partlayıcı qurğunun olması barədə anonim zəng daxil olub

Bakı şəhəri Səbail rayon polisinə Xəqani 21 ünvanında yerləşən "Bank Respublika"nın bansında partlayıcı qurğunun olması barədə anonim zəng daxil olub. Səbail Polis İdarəsinin şöbə rəisi Çingiz Bağırovun Trend ə verdiyi xəbərə görə, dərhal bütün güc strukturlarının nümayəndələri bankın binasına göndərilib, bankın işçiləri yaxınlıqda olan "Sahil" parkına köçürülüb.

Ç.Bağırovun sözlərinə görə, hazırda binanın yoxlanılması üçün minaaxtaranlar yola salınıb.

Trend in hadisə yerində olan müxbiri bildirir ki, hadisə yerinin yaxınlığındakı avtomobil yolu bağlanıb.

Xəbər lenti

Xəbər lenti