...

Samur-Abşeron kanalındakı hadisənin nəticələri sabaha qədər aradan qaldırılacaq

Hadisə Materials 15 Dekabr 2006 17:12 (UTC +04:00)

Bakı şəhərini su ilə təchiz edən Samur-Abşeron kanalının yardımçı hissəsində partlayışın baş verməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend ə Meliorasiya və Su təsərrüfatı SC-dən məlumat verilib.

Cəmiyyətdən bildirilib ki, kanal yeni olduğundan, suyun buraxılması zamanı metal lövhələr tərpənib. Hazırda düzəldici işlər görülür və suyun xüsusi şəkildə daşması müşahidə olunmayıb.

Həmçinin Cəmiyyətdən bildirilib ki, sabaha qədər hadisənin bütün nəticələri aradan qaldırılacaq.

Qeyd edək ki, yerli kanalların verdiyi məlumata görə, Azərbaycanın şimalında Samur -Abşeron kanalının Bakını su ilə təchiz edən yardımçı Xanarxı hissəsində cümə günü səhər partlayış baş verib. Partlayış 10-12 kv metr ərazidə kanalın dağılmasına səbəb olub. Daşqın baş verib. Respublikanın Dəvəçi rayonunun Ağalıq kəndinin təxminən 50 ha ərazisini su basıb. Hazırda selin qarşısı alınıb və su axını Vəlvələçay istiqamətinə yönləndirilib, şlüzlər qoyulub.

Xəbər lenti

Xəbər lenti