...

Prokuror müavini: Xəzər Dəniz Gəmiçilyinin zavodunda baş vermiş partlayışla əlaqədar istintaq qrupu hadisə yerini müayinə edir

Hadisə Materials 18 Dekabr 2006 18:19 (UTC +04:00)

Dekabrın 18-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Xəzər Dəniz Gəmiçilyi zavodunda baş vermiş partlayışla əlaqədar yaradılmış istintaq qrupu hadisə yerinin müayinəsini keçirir. Bu barədə Trend ə Səbail rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib.

"Hadisə təmirə dayanmış "Şəmkir" gəmisində baş verib. Nəticədə bir nəfər həlak olub, altı nəfər isə yaralanıb. Hazırda istintaq qrupu hadisə yerindədir və partlayışın səbəbləri araşdırılır" - deyə prokuror müavini bildirib.

Prokuror müavininin sözlərinə görə, hadisənin araşdırılması və fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Səbail rayon Prokurorluğunun və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti