...

Sintez-Kauçuk Zavodunda baş vermiş partlayışla əlaqədar Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb

Hadisə Materials 30 Dekabr 2006 12:48 (UTC +04:00)

Dekabrın 29-da Sintez-Kauçuk Zavodunda baş vermiş partlayışla əlaqədar Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (texniki təhlükəsizlik qaydalarının pozulmasının ağır nəticələrə səbəb olması) cinayət işi başlanıb. Bu barədə Trend ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Cinayət işinin materialları Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi Məmmədxan Əliyevin icraatındadır. Cinayət məsuliyyətinə cəlb olunan konkret şəxs yoxdur. Bu barədə qərar hadisə yerinin tam müayinəsindən, partlayışın səbəblərinin dəqiqləşdirilməsindən və sübutlar toplanmasından sonra çıxarıla bilər.

Qeyd edək ki, Qeyd edək ki, "Azərkimya" Dövlət Şirkətinə məxsus Sintez-Kauçuk zavodunun "Butadien" sexində yanğınla nəticələnən partlayış nəticəsində 4 nəfər yaralanıb, 2 nəfərsə həlak olub.

Xəbər lenti

Xəbər lenti