...

Naxçıvan-Sədərək magistralının 30-cu kilometrliyində qəza baş verib

Hadisə Materials 7 Fevral 2007 12:22 (UTC +04:00)

Naxçıvan-Sədərək magistralının 30-cu kilometrliyində qəza baş verib. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Belə ki, Naxçıvan şəhərindən Türkiyə Respublikasına gedən 76 AP 056 nömrə nişanlı yük avtomaşını əks istiqamətdə hərəkət edən 85 BZ 788 dövlət nömrə nişanlı, "Mersedes-300" markalı minik avtomobili ilə toqquşub. Nəticədə yük avtomaşının sürücüsü yüngül xəsarətlə Naxçıvan MR Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Mersedes-300" markalı minik avtomobilində olan Əli Abbasov isə heç bir xəsarət almayıb.

Hər iki avtomobilə ciddi zərər dəyib. Qəzaya yolun buz bağlaması və dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti