...

Əzizbəyov rayonunda baş vermiş yanğında bir nəfər ölüb

Hadisə Materials 19 Fevral 2007 19:39 (UTC +04:00)

Fevralın 17-də Əzizbəyov rayonu ərazisində Binə qəsəbəsində 21/46-cı kvartal, ev 27 ünvanında yanğın baş verib. Bu barədə Trend ə fövqaladə hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğın nəticəsində 1939-cu il təvəllüdlü Lavrinov Anatoli Viktoroviçə məxsus iki otaqlı mənzilin 15 kvadrat metr yaşayış sahəsi yanıb. Saat 17:36-da yanğının nəticələrini aradan qaldırarkən mənzildə mənzil sahibi A. Lavrinovun yanmış meyiti aşkarlanıb. Artıq dəymiş ziyanın miqyası müəyyənləşdirilir. Fakta əsasən Əzizbəyov rayon prokurorluğunda cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti