...

Tərtərdə güclü küləyin əsməsi rayona xeyli ziyan vurdu

Hadisə Materials 26 Fevral 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtərdə saniyədə 35 metrə çatan külək rayonda xeyli dağıntılar törədib. Bu barədə Rayon Fövqəlada Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib. R.Şabanovun sözlərinə görə, əsən güclü külək 350-dən artıq fərdi yaşayış evlərinin, ticarət obyektlərinin dam örtüklərini dağıdıb. Bununla bərabər 25 - dən çox elektrik dirəkləri, 29 elektrik xətti yararsız hala düşüb. 2 ədəd şəhəri işıqlandıran dirək aşıb, 100-dən çox ağac qırılıb, 15 rabitə dirəyi zədələnib, 169 telefon abonentinin xitti yararsız vəziyyətə düşüb. Yaranmış fövqalada hadisə ilə bağlı Tərtər Rayon Fövqəlada Hallar Komissiyası araşdırmalar aparır.

Qeyd edək ki, yuxarıdakı rəqəmlər Rayon Fövqəlada Hallar Komissiyasına daxil olmuş ilkin məlumatlardır.

Xəbər lenti

Xəbər lenti