...

1 saylı Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi baş verib

Hadisə Materials 5 Mart 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Maştağa qəsəbəsindəki 1 saylı Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi baş verib. Bərdə rayon sakini Ruslan Məmmədov münaqişə zəminində Maştağa qəsəbəsi sakini Məşədiağa Həsənovu kəsici alətlə qətlə yetiib və hadisə yerindən qaçıb. Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov Bərdə rayonu ərazisində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti