...

Naxçıvanda uşaqlar üçün fişəng və partlayıcıların satışına qadağa qoyulub

Hadisə Materials 13 Mart 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvanda uşaqlar üçün fişəng və partlayıcıların satışına qadağa qoyulub. Artıq bununla bağlı Naxçıvan şəhərində bir sıra reydlər keçirilib.

Naxçıvan şəhər Polis İdarəsindən bildiriblər ki, reydlər zamanı yüzlərlə qadağan olunmuş partladıcı və fişəng satış obyektlərindən və bazarlardan yığışdırılaraq məhv edilib. Ticarət şəbəkələri və bazarlarda reydlər bayram günlərinədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti