...

Bakının mərkəzində çoxmərtəbəli binanın beton lövhələrinin uçqunu baş verib

Hadisə Materials 15 Mart 2007 14:54 (UTC +04:00)
Bakının mərkəzində çoxmərtəbəli binanın beton lövhələrinin uçqunu baş verib

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynli/Bu gün Bakı şəhərinin Fikrət Əmirov küçəsində çoxmərtəbəli binaların birinin 21-ci mərtəbəsində beton lövhələrin uçqunu baş verib. Beton lövhələr küçənin piyadalar hissəsinə düşüb. Nəticədə lövhə binanın yaxınlığında yerləşən avto maşınların (təxminən 10 maşın) üstünə düşüb. Şahidlərin sözlərinə görə, 5 nəfər xəsarət alıb. Onlar küçəni keçərkən uçqun baş verib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi gəlib.

Xəbər lenti

Xəbər lenti