...

Bakının mərkəzində bina uçqunu nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb

Hadisə Materials 15 Mart 2007 16:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Fikrət Əmirov küçəsində bina uçqunu nəticəsində xəsarət alanların sayı artıb. Bu barədə Bakının Səbayel rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib. Xəsarət alanların soyadları məlumdur - İbadov, Təhməzov, Nemətov. Öncə məlum olub ki, xəsarət alanlardan biri Tofiq Babayev "Mediklab" klinikasına yerləşdirilib. Prokuror müavininin məlumatına görə, uçqun zamanı xəsarət alanlar hadisə zamanı binanın yaxınlığında olan piyadalardır,

Respublika Travmotologiya və Ortopediya Klinik Xəstəxanasının məlumatına əsasən, hadisə yerindən xəstəxanaya beş yaralı daxil olub.

Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin hadisə yerində jurnalistlərə verdiyi məlumata əsasən, hadisənin səbəblərini araşdıran işçi komissiyası yaradılıb.

Xəbər lenti

Xəbər lenti