...

Bərdədə məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçirib

Hadisə Materials 31 Mart 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdədə məskunlaşan 200-ə yaxın Xocalı köçkünü bu gün aksiya keçirib. Aksiyaya səbəb içməli suyun verilməsində yaranan ciddi problemlər olub.

Aksiya iştirakçılarının sözlərinə görə, bir həftədən çoxdur ki, onlara içməli su verilmir. Bununla bağlı aidiyatı orqanlara müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Bərdə rayon İcra Hakimiyyətində isə bildiriblər ki, yaxın bir həftə ərzində məcburi köçkünlərin üzləşdiyi problem aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti