...

Azərbaycanın Biləsuvar rayonunda qanunsuz silah-sursat aşkarlanıb

Hadisə Materials 2 Aprel 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən bazar ertəsi verilən məlumata görə, martın 30-da narkotik vasitə ilə tutulmuş Şəmsəddin Kərimovun evinə baxış zamanı 362356 ədəd xaricdə istehsal olunmuş yivsiz ov tüfənginin patronları, 50000 ədəd xaricdə istehsal olunmuş pnevmatik silahın qırmaları, 25250 ədəd müxtəlif çaplı boş gilizlər, 130600 ədəd partlayıcı maddə (piston), 50 kiloqram əldədüzəltmə qırma, 281 kiloqram 25 qram barıt, 1 ədəd əldədüzəltmə qırma hazırlayan dəzgah, 341 ədəd kiçik ölçülü, 34 ədəd böyük ölçülü zavod üsulu ilə Çində hazırlanmış bıçaqlar, onun oğlu Niyaməddinə məxsus "Ovçuluq" dükanından isə 5 ədəd xaricdə istehsal olunmuş beşatılan yivsiz ov tüfəngi, 4 ədəd xaricdə istehsal olunmuş səkkizatılan yivsiz ov tüfəngi, 4 ədəd xaricdə istehsal olunmuş qoşalülə ov tüfəngi və 10 ədəd xaricdə istehsal olunmuş nömrələri olmayan pnevmatik tüfənglər götürülüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti