...

Əbülfəz Elçibəyin qardaşı dünyasının dəyişib

Hadisə Materials 5 Aprel 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin ortancıl qardaşı Murad Əliyev cümə axşamı 77 yaşında dünyasını dəyişib. Bu barədə Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.

Onun sözlərinə görə, Murad Əliyev mədə xorası xəstəliyindən əziyyət çəkirmiş.

A.Səmədbəyli qeyd edib ki, öz vəsiyyətinə uyğun olaraq mərhumun cənazəsi doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə aparılacaq və orada dəfin olunacaq.

Xəbər lenti

Xəbər lenti