...

Füzuli rayon sakini piyada əleyhinə mina aşkar edib

Hadisə Materials 10 Aprel 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndinin on altı yaşlı sakini həyətyanı sahədə piyada əleyhinə mina aşkar edib. Bu barədə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tapıntı barədə ANAMA-nın regional bazasına məlumat verilib. Nəticədə mina xüsusi əraziyə aparılaraq zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti