...

Azərbaycanın Tərtər rayonunda ağır avtomobil qəzası baş verib

Hadisə Materials 11 Aprel 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Tərtər rayonunun Bəyim Sarov kəndi ərazisində Ağdam rayon sakini Qüdrət Məmmədovun idarə etdiyi "KAMAZ" markalı və Kəlbəcər rayon sakini Bəylər Zeynalovun idarə etdiyi "QAZ-21" markalı avtomaşınların toqquşması nəticəsində yeddi nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə çərşənbə günü Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində Zeynalovun sərnişinləri - 2001-ci il təvəllüdlü qızı Xəyalə, 2002-ci il təvəllüdlü oğlu Xaliq, Tərtər rayon sakinləri Əli Quliyev, Abbas Abbasov, onun arvadı Sara, Goranboy rayon sakinləri Səltənət Zeynalova və Asəf Zeynalov hadisə yerində ölüblər. Xəsarət almış Zeynalov və arvadı Xalidə isə xəstəxanaya yerləşdirilib. Hazırda xəsarət alanların vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti