...

Qubada tapılan məzarlıqlarla bağlı komissiya yaradılıb

Hadisə Materials 16 Aprel 2007 16:16 (UTC +04:00)
Qubada tapılan məzarlıqlarla bağlı komissiya yaradılıb

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın Quba rayonunda aşkarlanan insan məzarlığından götürülən sümüklər Respublika Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya İnstitutuna göndərilib. Quba rayon prokuroru Kərimağa Tağıyev bazar ertəsi açıqlamasında bildirib ki, qalıqların həmin institutda məhkəmə-tibb, kimyəvi və kriminalistik ekspertiza ediləcək. Prokuror bundan sonra həmin ərazidə müəyyən edilən sümüklərin hansı cinsə mənsub olması, onların yaşları və öldürülmə səbəblərinin də müəyyən ediləcəyini bildirib.

Bundan başqa, sümüklərin mühafizə olunması və Qubada törədilən soyqırımın beynəlxalq içtimayyətə çatdırılması məqsədilə komissiya yaradılıb. 19 nəfərdən ibarət komissiya həmin sümüklərin Qubanın hansı ərazisinə köçürüləcəyini müəyyən etdikdən sonra həmin yerdə 1918-ci ildə törədilən soyqırıma aid abidə kompleksi yaradılacaq.

Xəbər lenti

Xəbər lenti