...

İcra başçısı: "Gəncədə saxta sənəd düzəldib torpaq satan xüsusi qrup var"

Hadisə Materials 18 Aprel 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov birinci rübün yekunlarına həsr edilən iclasda bəyan edib ki, Gəncədə saxta sənədlər düzəldib, vətəndaşlara torpaq satan xüsusi qrup var. Onun sözlərinə görə, adı çəkilən qrup Gəncə Qənnadı Fabrikinin ərazisini saxta sənədlərlə köhnə tarixlə satıb. Bundan başqa Xanlar rayonu istiqamətində, Daşkəsən rayonu ərazisində də bələdiyyələr Gəncə torpaqlarını öz əraziləri kimi satırlar.

"Biz artıq belə hallara qarşı mübarizəyə başlamışıq. Şəhər prokurorluğuna tapşırılıb ki, faktları araşdırsınlar və bu işdə qanunsuz addım atan hər bir kəs cəzalandırılacaq" deyə icra başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti