...

Türkiyə səfiri: "Azərbaycan sərhədçiləri ilə Türkiyə vətəndaşları arasında baş vermiş insidenti araşdırırıq"

Hadisə Materials 27 Aprel 2007 13:48 (UTC +04:00)
Türkiyə səfiri: "Azərbaycan sərhədçiləri ilə Türkiyə vətəndaşları arasında baş vermiş insidenti araşdırırıq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Türkiyənin Bakıdakı səfirliyi aprelin 26-da Azərbaycan-Gürcüstan sərhədində Azərbaycan sərhədçiləri ilə Türkiyə vətəndaşları arasında baş vermiş insidenti araşdırır. Bu barədə cümə günün Bakıda Trend ə eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

Səfir qeyd edib ki, belə bir hadisənin baş verməsindən narahatdırlar: "Mən məsələnin araşdırılması və nəzarətdə saxlanılması üçün səfirliyin əməkdaşlarına lazımı tapşırıqlar vermişəm. Belə bir hadisənin baş verməsinə təssüf edirik".

Azərbaycan sərhədçilərinə bədən xəsarəti yetirən Türkiyə vətəndaşlarının milliyətcə kürd olmalarına gəlincə, Qarslıoğlu vuğulayıb ki, hələlik apardıqları araşdırmanı başa çatdırmayıblar.

Səfir onu da qeyd edib ki, Türkiyə vətəndaşı olan kürdlərin kütləvi şəkildə Azərbaycana köçmələrinə dair məlumatlar həqiqətə uyğun deyil. "Ola bilsin ki, Türkiyədən Azərbaycana gələnlər var. Lakin bu, kütləvi xarakter daşımır. Onların bir qismi isə Türkiyə deyil, başaqa ölkənin vətəndaşlarıdırlar" - deyə diplomat bildirib.

Azərbaycan-Gürcüstan sərhədində Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə ölkədən çıxarılan Türkiyə vətəndaşları arasında baş vermiş insident nəticəsində üç əsgər yaralanıb. Hadisə zamanı iki Türkiyə vətəndaşı da xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti