...

Azərbaycanın məcburi köçkünləri Bərdə-Ağdam magistral yolunu bağlayıblar

Hadisə Materials 11 May 2007 12:20 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Ağdam rayonunun "dörd yol" adlanan ərazisində 200-dən artıq məcburi köçkün Bərdə-Ağdam magistral avtomobil yolunun təxminən 34 kilometrliyini bağlayıb. Məcburi köçkünlər onlara verilən elektrik enerjisinin azlığına etiraz olaraq bu aksiyanı həyata keçiriblər. Aksiyaçıların sözlərinə görə, gün ərzində cəmi beş-altı saat elektrik enerjisi verilir. Bir saata yaxın davam edən aksiya polislərin müdaxiləsindən sonra dağıdılıb.

Ağdam rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildiriblər ki, işığın fasilələrlə verilməsi, ümumilikdə rayona elektrik enerjisinin az ötürülməsi ilə bağlıdır. Yaxın vaxtlarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Azərbaycanın Ağdam rayonu paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti