...

Azərbaycanın üçüncü Masallı yarımstansiyasında yanğın baş verib

Hadisə Materials 15 May 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Dünən axşam 22:00 radələrində Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində yerləşən 110 kVt/s gücündə olan üçüncü Masallı yarımstansiyasında yanğın baş verib. Masallı və qonşu rayonların (Lənkəran, Cəlilabad) yanğınsöndürmə dəstələrinin səyi nəticəsində yanğını bu gün səhər saatlarında söndürməyə nail olunub.

Yanğının səbəbi ilkin ehtimal kimi yağın açardan sızması göstərilib. Qəza nəticəsində cənub bölgəsinin bir neçə rayonuna verilən elektrik enerjisi kəsilib. Hadisədən dərhal sonra yarana biləcək təhlükənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi və polis orqanlarının əməkdaşları əraziyə yaxın yerlərdə yaşayan sakinləri evakuasiya ediblər. Yanğının ətraf evlərə keçməsinin qarşısı alınıb.

Qəza nəticəsində iki transformator sıradan çıxıb və ümumilikdə 120 tona yaxın yağ yanıb. Dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Rayon elektrik şəbəkəsinin əməkdaşı yanğını söndürmək istəyərkən xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti normaldır. Gecə saatlarında ehtiyat xətt hesabına bölgənin strateji əhəmiyyətli obyektlərinə enerji verilib. Səhər saatlarında isə ümumilikdə cənub bölgəsinə (Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik) enerjinin verilməsi bərpa olunub.

Masallı paytaxt Bakıdan 200 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti