...

Səfir: Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Hadisə Materials 23 May 2007 12:29 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Bu barədə çərşənbə günü telefon vasitəsilə Ankaradan Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Səfir qeyd edib ki, çərşənbə axşamı yerli vaxtla saat 18:45-də Ankaranın Ulus rayonunda partlayış nəticəsində altı nəfər həlak olub, 100 nəfər müxtəlif dərəcəli yaralar alıb. Həlak olanlar əsasən Türkiyə vətəndaşları və bir pakistanlıdır. Yaralananların dördü Pakistan vətəndaşıdır.

Türkiyə KİV-in məlumatına əsasən, partlayışla əlaqədar səkkiz nəfər saxlanılıb, lakin hakimiyyət hələ rəsmən bu faktı təsdiqləməyib. İstintaq güman edir ki, cinayətdə kürd separatçılarının əli var.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir təşkilat öz üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti