...

Salyanda yenə polis bıçaqlanıb

Hadisə Materials 2 İyun 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Bu gecə saat 00:30 radələrində Salyan Polis İdarəsinin serjantı 1979-cu il təvəllüdlü Ceyhun Qasımov işdən çıxıb yaşadığı binanın qarşısındakı tikilməkdə olan parkda istirahət edərkən 5 nəfər şəxsin hücumuna məruz qalıb. İdmançı və cüsəli olan Ceyhun hücum edənlərdən soyuq silahla silahlanmış 1979-cu il təvəllüdlü Namiq Həmdulla oğlu Əliyevin bıçağını alsa da, o, üstündə qizlətdiyi digər bıçaqla polis işçisinin qarnına 2 zərbə endirib. Hadisəyə səbəb Əliyevin narkotika üstündə həbs olunmuş qardaşına görə polis serjantı ilə ədavət aparması olub. Salyan rayon mərkəzi xəstəxanasından bildirildiyinə görə, Qasımovun üzərində cərrəhiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Əliyev həbs edilib.

Xəbər lenti

Xəbər lenti