...

Gəncədə rektorun oğlu intihar edib

Hadisə Materials 18 İyun 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb. Gəncə şəhər Prokurorluğundan bazar ertəsi bildiriblər ki, iyunun 17-də səhər saat 10.50-də 1961-ci il təvəllüdlü Şahin Məmmədtağı oğlu Cəfərov yaşadığı İsgəndərov küçəsi ev 33-dəki həyət evinin ağacından məftillə özünü asıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğu araşdırma aparır. Hələlik istintaq qrupu cinayət işi açmayıb.

Cəfərov Dövlət gömrük Komitəsinin Gəncə Gömrük Şöbəsində inspektor vəzifəsində çalışıb və Azərbaycan Kənd Təssərrüfatı Akademiyasının rektoru. Azərbaycan Ziyalılar Cəmiyyətinin prezidenti, akademik Məmmədtağı Cəfərovun oğludur.

Məlumatda daha sonra bildirilib ki, hadisə yerinə gələn Məmmədtağı Cəfərov ağır ürək çatışmazlığından vəfat edib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti