...

Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşına xəsarət yetirən şəxs barəsində cinayət işi açılıb

Hadisə Materials 2 İyul 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşına xəsarət yetirən şəxs barəsində cinayət işi açılıb. Səbail rayon prokurorunun müavini Elçin Sultanov bildirib ki, polis əməkdaşı Elşən Cavadovu döyərək ona xəsarət yetirmiş Anar Hüseynov barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə tibbi ekspertizanın rəyindən asılı olaraq Hüseynov barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək. Belə ki, ekspertiza polis əməkdaşına yetirilən xəsarətin dərəcəsini müəyyənləşdirəcək.

Sultanov bildirib ki, "Qız qalası"nda xidmətdə olan polis əməkdaşı Hüseynova ictimai qaydanı pozduğu üçün xəbərdarlıq edib. Bundan sonra polislə Hüseynov arasında mübahisə yaranıb və sonuncu Cavadovu döyərək ona xəsarət yetirib.

Xəbər lenti

Xəbər lenti