...

Bərdə sakini su kanalında boğulub

Hadisə Materials 13 İyul 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Qarabağ kanalının Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindən keçən hissəsində cümə axşamı axşam saatlarında 22 yaşlı oğlan boğulub. Bərdə rayon Qazqurdalı kənd sakini Rza Ziyəddin oğlu Zeynalov Bakıdan yaxınının toy mərasiminə gəlib, yeyib-içdikdən sonra özündən kiçik qardaşı və 5 nəfər yaxın qohumları ilə birgə kanalda çimərkən boğlularaq batıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir şəhər şöbəsinin xilasedici qrupu tərəfindən mərhumun axtarışları bu saata qədər davam edib. Faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti