...

Ağstafada hərbi baza ərazisində baş vermiş partlayışla bağlı cinayət işi açılıb

Hadisə Materials 13 İyul 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağstafa rayonunun Saloğlu kəndi ərazisində yerləşən hərbi bazanın sahəsində baş vermiş partlayışla bağlı cinayət işi açılıb. Ağstafa Rayon Prokurorluğunun müstəntiqi Allahverdi Abuzərov cümə günü Trend ə bildirib ki, cinayət işi Cinayət Məcəlləsinin 223-cü (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinyət işi başlanıb. Müstəntiq bildirib ki, hadisə iyulun 12-də saat 12.05-də minaların partladılması poliqonunda toplanmış minaları partlatmaq üçün hazırlıq işləri aparılarkən baş verib. ANAMA-nın Ağstafa regional şöbəsinin aparıcı mütəxəssisləri Seymur Namazov (1971) aldığı xəsarətdən hadisə yerində həlak olub, Bəxtiyar Məmmədov (1977) müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Müstəntiq xəsarət alanın vəziyyətinin ağır olduğunu deyib. Hadisə cümə axşamı günorta saatlarında baş verib. Saloğlu kəndində Sovet ordusunun hərbi bazası olub. Bir neçə il öncə hərbi bazada partlayışın baş verməsi nəticəsində mərmilər ətrafa yayılıb. ANAMA artıq həmin ərazidə onlarla mərminin zərərsizləşdirilməsinə nail olub.

Ağstafa paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti