...

Azərbaycanın cənub bölgəsində sürüşmə baş verib

Hadisə Materials 13 İyul 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində baş verən zəlzələdən sonra Lənkəran rayonunun Lerikə gedən istiqamətinin 48-53-cü kilometrliyində xırda sürüşmə halları baş verib. Ərazidə çatlar 10-15% artıb. Bu barədə əraziyə ezam olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) baş mütəxəssisi Vahid Mahmudov cümə günü məlumat verib. Onun sözlərinə görə, əraziyə daxil olan Lerik rayonunun Ziynəko kəndində bir evdə əvvəldən qeydə alınmış çökmə-oturma prosesi daha da sürətlənib. Ev tam qəzalı vəziyyətə düşüb. Mahmudov bildirib ki, həmin evdə yaşayan ailənin təcili evakuasiya edilməsinə dair qərar çıxarılıb. ETSN təmsilçisi əraziyə baxış zamanı sürüşmənin geoloji proseslərlə heç bir əlaqəsi olmadığını deyib.

Lerik rayonu Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov isə qeyd edib ki, iyulun 11 və 12-də sürüşmə faktı ilə bağlı 100 müraciət daxil olub. Bunlardan 20-də evə baxış keçirilib. Həmin evlərdəki çatlar çox ciddi deyil.

İyulun 11-də episentri Lənkəran rayonundan 24 kilometr Lerik rayonu istiqamətində 5 bal gücündə zəlzələ baş verib.

Lənkəran paytaxt Bakıdan 265 kilometr, Lerik isə 320 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti