...

Azərbaycanın politoloqu dələduzluqda ittiham olunur

Hadisə Materials 16 İyul 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərin Vüqar Əliyev bazar ertəsi Trend ə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında onun barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub. Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti