...

Qazaxda ər arvadını öldürüb

Hadisə Materials 23 İyul 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Qazax rayonunda 75 yaşlı kişi öz həyat yoldaşını balta ilə qətlə yetirib. Qazax rayon prokuroru Sərdar İmanov bazar ertəsi bildirib ki, rayon sakini, 1932-ci il təvəllüdlü İmran Həsən oğlu Arıxov öz həyat yoldaşı, 60 yaşlı Bəsti Zeynalabdin qızı Hüseynovanı yaşadığı Azadlıq küçəsi ev 5 ünvanında, səhər saat 06:20 radələrində qətlə yetirib. Arıxov hadisəni törətdikdən sonra könüllü olaraq Qazax rayon Polis Şöbəsinə təslim olub. Onun Hüseynovanı baş və boyun nahiyyəsindən beş dəfə zərbə endirərək qətlə yetirdiyi bildirilir. İlkin ehtimallara görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Qazax rayonu paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti