...

Qəbələdə bir nəfər göldə boğulub

Hadisə Materials 23 İyul 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/  Qəbələ rayonunda 15 yaşlı Xəyal Faiq oğlu Cəbrayılov göldə çimərkən boğulub. Qəbələ rayon Polis Şöbəsinin rəis müavini Etibar Babayev bazar ertəsi bildirib ki, rayonun Nohurqışlaq kəndindəki Nohur gölündə dörd nəfər kənd sakini çimərkən onlardan Cəbrayılov boğularaq ölüb. Babayev bildirib ki, yoldaşları onu sudan çıxarmağa cəhd etsə də, bu, nəticəsiz qalıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının axtarışından sonra Cəbrayılovun cəsədi sudan çıxarılıb.

Qəbələ paytaxt Bakıdan 270 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti