...

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 26 İyul 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonu ərazisində cümə axşamı ölümlə nəticələnən ağır yol qəzası baş verib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun 9-cu km-də Qurunba kəndi ərazisində Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənov Elsevər Rəşid oğlunun idarə etdiyi VAZ-21011 markalı, 42 BC 986 nömrə nişanlı maşın 1970-ci il təvəlüdlü Sumqayıt şəhər sakini Rəsulov Samir Qardaş oğlunun idarə etdiyi Sumqayıt- Leri k marşrutu ilə hərəkət edən PAZ 051 markalı, 10 JR 977 dövlət nömrə nişanlı avtobusla toqquşub. Nəticədə VAZ-21011 markalı avtomobilin sürücüsü hadisə yerində keçinib.

Sürücünün həyat yoldaşı Cəbiyevə Gülnarə Füzuli qızı isə sağ bud sümüyünün açıq sınığı və qapalı kəllə-beyin travması ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Şahidlərin sözlərinə görə, hadisəyə səbəb VAZ-21011 markalı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkəi etməsi olub.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti